İdman

Salahdan müraciət

“Liverpul”un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasının finalında “Tottenhem”lə oyundan əvvəl azarkeşlərə müraciət edib.

Qol.az-ın məlumatına görə, o, İngiltərə Premyer Liqasını ikinci pillədə tamamladıqdan sonra özünün rəsmi “Tvitter” səhifəsində yazıb: “Hisslərim qarışıqdır. Amma mövsüm hələ bitməyib. Komanda yoldaşlarım, məşqçilər və azarkeşlərə təşəkkür edirəm. Azarkeşlər, zəhmət olmasa, “Enfild”i Madridə gətirin”.

Qeyd edək ki, “Liverpul” iyunun 1-i Madridin “Vanda Metropolitano” stadionunda “Tottenhem”lə üz-üzə gələcək.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Xatırladaq ki, Yürgen Kloppun komandası ÇL-in yarımfinal mərhələsinin cavab oyununda “Enfild”də “Barselona”ya 4:0 hesabı ilə qalib gələrək finala yüksəlib.

Bənzər yazılar

Back to top button