Bizim seçimİqtisadiyyatManşet

Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

“Azercell-dən zəng vurmuşdular. Bir neçə gün əvvəlki narazılığımı araşdırdıqlarını, balansdan çıxılan pulları geri qaytardıqlarını dedilər. Təşəkkür-zad etmirəm”.

AzToday.az xəbər verir ki, bu sözləri yazıçı Elnur Astanbəyli deyib.

O bildirib ki, təşəkkür əvəzinə, əksinə, tələb edir ki, balansından niyə oğurluq edilməsinin səbəbini açıqlasınlar: “Açıqlasınlar ki, insanları özlərindən xəlvəti hansısa xidmətlərə niyə, hansı haqla qoşurlar? Mənim şəxsi mobil nömrəm hansısa konten provayderə hansı qanunla ötürülür?

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Üstəlik, bu ölkədə on minlərcə abonent müəyyən yaşın üzərindədirlər, telefonun sadəcə “yes”-“no” düyməsindən istifadəni bacarırlar, geydirmə xidmətlərə qoşulduqlarından, beləcə, ciblərinə girildiyindən uzun müddət xəbərsiz qalırlar. Həmin onminlərin hüququ necə olacaq? Onlardan çırpışdırılanlar necə qaytarılacaq?”.

Yazar bildirib ki, məsələ kökündən həll edilməlidir: “Azercell başda olmaqla, bütün mobil operatorlar vətəndaşın cibindən çırpışdırmaq vasitəsinə çevrilmiş arzuedilməz SMS-ləri yığışdırmalıdırlar. Hansısa gicdırnaq xidmətə abonentin xəbəri və icazəsi olmadan, özbaşına, hiylə işlədərək qoşulmalara son qoyulmalıdır”.

Bənzər yazılar

Back to top button