Bizim seçimHadisə

Sabiq nazir yeni şirkətini prezidentə təqdim etdi

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov Azərbaycanda yeni şirkət yaradıb.

AzToday.az Gununsesi.org-a istinadən xəbər verir ki, sabiq nazir ABŞ-ın dünyaca tanınan “Massey Ferguson” şirkətinin Azərbaycanda təmsilçiliyini açıb.

Mayın 15-də Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi – “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgiləri ilə tanış olan zaman Füzuli Ələkbərov şirkətin məhsulları ilə bağlı ölkə başçısına təqdimat da edib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, “Massey Ferguson” şirkəti kənd təsərrüfatı texnikaları istehsalı üzrə ixtisaslaşıb. Bu şirkətin istehsalı olan traktorlar dünyada məşhurdur.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button