Cəmiyyət

Bakı Metrosunun stansiyaları Tarkana görə iş vaxtını dəyişdi

Bu gün Bakı metropolitenin üç stansiyası gecə saat ikiyə kimi işləyəcək.

AzToday.Az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev BAKU.WS-ə bildirib ki, bu gecə 28 may, Sahil, və İçərişəhər metro stansiyaları gecə saat ikiyə (02:00) kimi işləyəcək.

Digər stansiyalar isə adi qrafiklə işləyəcək. Qeyd edək ki, ifaçı Tarkan bu gün “Formula 1” oyunlarının açılış mərasimində səhnəyə çıxacaq.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button