Mədəniyyət

Azərbaycanın Xalq artisti dünyasını dəyişdi

Xalq artisti Qəndab Quliyeva dünyasını dəyişib.
AzToday.Az xəbər verir ki, bunu Lent.az– a xalq artistinin oğlu Hafiz Həmidov bildirib.
Qeyd edək ki, bir neçə dəfə insult keçirən xalq artisti Qəndab Quliyevanın vəziyyəti bu ilin fevral ayından ağırlaşmışdı. Bir neçə gündür Respublika Diaqnostika Mərkəzinə yerləşdirilən xanəndənin bu sabah vəziyyəti pisləşdiyindən həkimlər onu süni nəfəs aparatına qoşmuşdular. Vəziyyətində heç bir irəliləyiş olmayınca, həkimlər Q.Quliyevanın ailə üzvlərinə  onu evə aparmağı məsləhət görüblər. Xalq artisti xəstəxanadan çıxandan sonra dünyasını dəyişib.

Bənzər yazılar

Back to top button