Cəmiyyət
Ermənistanın Dağlıq Qarabağ iddiası rədd edildi – TARIXDƏ BU GÜN

1918 – Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Göyçay yaxınlığındakı döyüşdə “Bakı Soveti”nin qoşunlarını məğlub edib. Bu zəfərdən sonra Qafqaz İslam Ordusunun hissələri daşnak-bolşevik qoşunlarının hücumlarını dayandıraraq əks-hücuma keçməyə başlayıblar.
1918-ci ildə Azərbaycan dili Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət dili elan olunub.
1921 – Azərbaycan K(b)P MK Ermənistanın Dağlıq Qarabağa iddiasını rədd edib. MK-nın qərarında Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu vurğulanırdı. Bu, ermənilərin Qarabağ iddialarına Azərbaycanın bolşevik rəhbərliyinin ilk cavabı idi.