Cəmiyyət
Sarkisyan qorxduğunu belə etiraf etdi

Ermənistanın müdafiə naziri Viqen Sarkisyan Rusiyadan Azərbaycana gətirilən 42 eşelon silah-sursatla bağlı narahatlığını dilə gətirib.
AzToday.Az-ın məlumatına görə, Publika.az xəbər verir ki, V.Sarkisyan bunu neqativ addım adlandırıb.
“Azərbaycana istənilən ölkədən silah çatdırılmasını neqativ qiymətləndirirəm. Bu, böyük risklər yaradır”,- deyə o qorxduqlarını etiraf edib.
Qeyd edək ki, iyunun 24-də Azərbaycan Rusiyadan 42 eşelon silah-sursat alıb. Silahların böyük qismi “tank qatili” adlandırılan “Xrizantema-S” raket kompleksidir.