Bizim seçimCəmiyyətGündəm

Azərbaycan prezidentinin oğlu hərbi xidməti başa vurub

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.

Mərasimdə birinci vitse-prezident Mehriban Əliyeva, DTX rəhbəri Əli Nağıyev və başqaları iştirak ediblər.

Ehtiyata buraxılanlar arasında Azərbaycan prezidentinin oğlu Heydər Əliyev də var. Onun orduya çağırılması barədə məlumat 2018-ci ilin sentyabrında, əsgər andını qəbul etdiyi zaman verilmişdi.

Qeyd edək ki, iyulun 1-dən həqiqi hərbi xidmətə növbəti çağırış, hərbi xidməti başa vuranların isə ehtiyata buraxılması başlayır.

Azərbaycan qanunvericiliyinə görə, ali təhsilli şəxslər üçün xidmət müddəti 1 ildir.

Azərbaycan prezidentinin oğlu ötən il ADA Universitetini bitirib. (Turan)

Bənzər yazılar

Back to top button