Gündəm
Ramil Usubovun oğluna general rütbəsi verildi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bir qrup polis zabitinə general-mayor ali rütbəsi verilməsi barədə sərəncam imzalayıb.
AzToday.Az xəbər verir ki, müvafiq sərəncamda bildirilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilsin:
polis polkovniki Arzu Arif oğlu Daşdəmirova
polis polkovniki Emil Ramil oğlu Usubova
polis polkovniki Oqtay Əsgər oğlu Kərimova
polis polkovniki Səfər Hüseyn oğlu Əliyevə.