Mehriban Əliyeva 2 yaşlı Zəhradan yazdı — (FOTO)

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva təmas xəttində erməni silahlıları tərəfindən şəhid edilən 2 yaşlı Zəhranın ölümünə münasibət bildirib.
AzToday.Az xəbər verir ki, bu barədə Mehriban Əliyeva sosial şəbəkədəki səhifəsində yazıb.
“Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!”, – deyə birinci vitse-prezident instagram səhifəsində qeyd edib.
Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb.