Cəmiyyət

Şok statistika: Azərbaycanda 100 hamiləlikdən yalnız 46-sı diri doğuşla nəticələnir

Sovet dövründə əsası qoyulmuş təcrübə, həmçinin hazırda mövcud olan liberal siyasətin təsiri ilə Azərbaycanda 15-49 yaş həddində olan qadınların 40 faizi həyatlarında ən azı bir dəfə abort etdirirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT Əhali Fondunun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Türkiyənin Hacəttəpə Universitetinin Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər barədə aparılan tədqiqatlarında qeyd edilib.

Məlumatda bildirilib ki, faktiki olaraq, 1 qadına düşən abortların orta hesabla sayı 2,3-dir. Doğuşların orta sayından 2,0 faiz yüksək olan bir ölkədə 100 hamiləlikdən yalnız 46-sı diri doğuşla nəticələnir. 49-u isə abortla dayandırılır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button