Gündəm

Azərbaycanlı gənc Moskvada erməni vəhşiliyinə qarşı tək başına aksiya keçirdi (VİDEO)

Azərbaycanlı gənc 2 yaşlı Zəhranın erməni vəhşiliyinin qurbanı olmasına Rusiyanın paytaxtı Moskvada tək başına etirazını bildirib.

AzToday.Az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fuad Abbasov sosial şəbəkədəki səhifəsində yazıb.

Aksiyanın videosunu da paylaşan jurnalist bildirib ki, Səttar adlı şəxs Moskvada Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirib.

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button