Hadisə
Ermənistan tərəfi Azərbaycanın cavab zərbəsinin nəticələri barədə

Ötən gün Azərbaycan Ordusunun cavab zərbələri nəticəsində yaralanan 3 erməni hərbçidən ikisinin vəziyyəti ağırdır.
Bu barədə Ermənistanın Tert.am nəşrinə Xankəndi hərbi hospitalından bildiriblər: “Başından yaralanan hərbçinin vəziyyəti kritik olaraq qalır”.
İkinci erməni hərbçinin vəziyyəti də ağır olaraq qiymətləndirilir. “Tənəffüs cihazına bağlanan 3-cü hərbçinin vəziyyətində heç bir dəyişiklik yoxdur. O, ayaq nahiyyəsindən yaralanıb”.
Xatırladaq ki, dünən Azərbaycan ordusunun cavab zərbələri nəticəsində 3 erməni hərbçi – Robert Novruz Qasparyan (1969-cu il), Hambardzum Karapet Harutyunyan (1997-ci il) və Vahe Qaqik Bağdalyan (1998-ci il) yaralanıb. Düşmən tərəfi çox saylı itkilər versə də, bunu gizlətməyə çalışır.
Virtualaz.org