Dünya

Ərdoğanın müşaviri Ermənistan rəhbərliyini ittiham etdi

İbrahim Kalın: 1850-1920 illəri arasında ermənilərin törətdiyi hadisələrdə təxminən 5 milyon müsəlmanın öldürülməsinin unudulmayacağını hər kəs bilməlidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri İbrahim Kalın qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı verdiyi açıqlamada bildirib ki, Birinci Dünya müharibəsinin dağıdıcı və travmatik şəraitində 1915-ci ildə köçürmə qərarının ermənilərin məhv edilməsinə yönəlmiş bir siyasətin nəticəsi olmayıb.

AzToday.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Soyqırımı lobbisi” və Türkiyə əleyhdarı siyasi dairələrin tarixi həqiqətləri təhrif edərək yeni düşmənçilik və ədavət toxumları səpmə səylərinin içində olduğunu ifadə edən Qalın, Türkiyə Respublikası dövləti və millətinin, bütün fərdləri bu istismar, yalan və böhtan kampaniyaları qarşısında əsla geri çəkilməyəcəyini bildirib.

Kalin, həmçinin tarixi faktlardan qaçan və siyasi maraqlar əldə etmək istəyən Ermənistan hakimiyyətinin Prezident R.T.Ərdoğanın 1915-ci il hadisələrini araşdırmaq üçün ortaq tarix komissiyası qurmaq çağırışına cavab verməkdən həmişə qaçdığını xatırladıb.

Prezidentin müşaviri, bununla yanaşı, deyib ki, erməni üsyanlarında günahsız Anadolu xalqının qətli və 1850-1920 illəri arasında ermənilərin törətdiyi hadisələrdə təxminən 5 milyon müsəlmanın öldürülməsini, habelə 1973-1984 illəri arasında erməni terror təşkilatı tərəfindən türk diplomatlarının qətlə yetirilməsinin də heç vaxt unudulmayacağını hər kəs bilməlidir.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button