Cəmiyyətİqtisadiyyat

Bakı məktəblərində Müəllimlər gününə pul yığılır?

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) məktəblərdə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə bağlı pul yığılmasına dair şikayət daxil olmayıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

“BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı anonim olmadan İdarənin (012) 599-12-22 nömrəli telefonuna və ya Təhsil Nazirliyinin 146 saylı “Qaynar xətt” xidmətinə müraciət edilməsi tövsiyə olunur”, – deyə məlumatda qeyd olunub.

Qaynarinfo.az

Bənzər yazılar

Back to top button