İqtisadiyyat

Kirayə mənzillər kimlərə satılacaq? – Evi olanlar…

Azərbaycanda ev ehtiyacı olan vətəndaşa kirayə qaldığı mənzilə sahibi olmaq üçün imkan yaradılır.

Prezidentin imzaladığı fərmana görə, İpoteka və Kredit Zəmanət Fondu balansındakı mənzilləri uzunmüddətli kirayə verəcək və kirayənişin bu mənzilin pulunu aybaay ödəməklə sonda mənzilə mülkiyyət hüququ əldə edəcək. Bu mexanizm ölkədə sosial kirayə fondunun yaradılması kimi qiymətləndirilir.

İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətinin rəhbəri Yeganə Laçınzadə Cebhe.info-ya açıqlamasında bu ilin sonuna kimi kirayə mənzil mexanizminin işə düşəcəyini deyib:

“Hazırda mənzil fondunun formalaşdırılması üzrə araşdırma aparılır və hazırlıq işləri gedir”.

Kirayə ilə mənzil götürmək istəyən vətəndaşlara evinin olub-olmaması ilə bağlı məhdudiyyətə gəlincə, qurum rəsmisi buna hər hansı qadağanın qoyulmadığını bildirib:

“Kirayə ilə mənzil götürmək istəyən vətəndaşlara evinin olub-olmaması ilə bağlı məhdudiyyət qoyulmayıb. Yəni, evi olan və ya olmayan vətəndaşlar kirayə mənzil üçün müraciət edə bilər”.

Bənzər yazılar

Back to top button