Cəmiyyət

Qulu Məhərəmmli Hacı Hacıyevin AzTV sədrinə məktubunu tapdı (FOTO)

Jurnalistlər Birliyinin sədri Hacı Hacıyev əsl mənəviyyat, bütövlük və kişi xarakterinin rəmzi idi.

Bu sözləri professor Qulu Məhərrəmli öz Feysbuk hesabında paylaşıb.

O, Jurnalistlər Birliyinin keçmiş sədri Hacı Hacıyevin mətbuatda və TV-də gedən proseslərə çox həssas olduğunu qeyd edib:

“İndi sənədlər arasından onun AzTV sədri Babək Hüseynoğluna (1995) məktubunu tapdım. Sənədin təxmini məğzi budur ki, Q.Məhərrəmli “Səhər” proqramına keçəndən sonra “7 gün”ün zəifləməsinə yol verməyin…

Taleyimizdən keçən bütün işıqlı insanlara əbədi ehtiramlar!!!”

Xatırladaq ki, tərcüməçi, publisist, Azərbaycanın əməkdar jurnalisti (1985) Hacıyev Hacı Əliheydər oğlu 1989-2006-cı illərdə Azərbaycan Jurnalistlər Birliyinə sədrlik edib.

Bənzər yazılar

Back to top button