GündəmİqtisadiyyatManşet
Kəmaləddin Heydərov istefası ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi

“İyulun 18-də bəzi saytlarda Fövqəladə Hallar Nazirliyinin ləğv olunacağı və nazirliyin rəhbərliyinin istefası ilə bağlı heç bir əsası olmayan məlumatlar yer alıb”.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
“Bu məlumatlar həqiqətə uyğun deyil, tamamilə əsassızdır”, – deyə mətbuat xidmətindən bildirilib.
FHN mətbuat nümayəndələrini diqqətli və məsuliyyətli olmağa, nazirliklə bağlı məlumatları qurumun mətbuat xidməti ilə dəqiqləşdirdikdən sonra yaymağa çağırır.
AzToday.Az olaraq bildiririk ki, FHN-in mətbuat xidməti yalnız Kəmaləddin Heydərovun maliyyələşdirdiyi media qurumları ilə əməkdaşlıq edir və indiyə kimi nazirliyə göndərdiyimiz heç bir sorğuya cavab verilməyib.
AzToday.Az