Hadisə

”Bu fikri səsləndirənlər yəqin…” – Lənkəranskinin polkovnik qardaşı onun ölməməsindən danışdı

Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin polkovnik qardaşı Namiq Canıyev yayılan şaiyələr və onun qəbirüstü abidəsi ilə bağlı danışıb. AzToday.az saytı xəbər verir ki, o, Unikal.org-a açıqlamsında bildirib ki, Rövşənin qəbirüstü abidəsi ilində qoyulacaq: “Bu işlə ağsaqqal dayım məşğuldur”.

Sinə daşının xaricdə hazırlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirən N.Canıyev deyib ki, bunlar tamamilə yanlış fikirlərdir: “Hansı ağılsız buradan gedib Hindistanda və ya Banqladeşdə qəbir daşı düzəltdirər? Rövşənin qəbirüstü abidəsi Bakıda hazırlanıb”.

Mərhumun qardaşı Rövşənin ölməməsi ilə bağlı yayılan şaiyələrlə bağlı bildirib ki, bunlar tamamilə cəfəng fikirlərdir: ”Bu fikri səsləndirənlər yəqin, öz ölüləri haqqında da belə danışırlar. Başqa nə deyə bilrəm?”.

Bənzər yazılar

Back to top button