İqtisadiyyat

Qarabağda Bərpa,Tikinti və İdarəetmə Xidməti 60 min ədəd şərab hazırladır – Qiymət

Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi məlum olub.

Yeniavaz.com xəbər verir ki, müsabiqənin qalibi “Abşeron-Şərab” ASC olub.

Tender müsabiqəsinin şərtlərinə görə, “Abşeron-Şərab” ASC-yə məxsus zavodun ərazisində 750 ml.-lik həcmdə qablarda olan 59 min 700 ədəd şərab hazırlanacaq.

Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti bu məqsədlə “Abşeron-Şərab” MMC –yə 567 min 90 manat ödəyəcək.

Rəqəmlərdən də göründüyü kimi 750 ml.-lik həcmdə qabda olacaq şərabın 1 ədədi 9,5 manata hazırlanacaq.

Bənzər yazılar

Back to top button