Hadisə

Elimdar Səfərovun döyüş yoldaşı Aprel müharibəsindən danışdı (MÜSAHİBƏ)

Vətən, torpaq, namus üstündə özlərini fəda edən insanımız hər zaman anılmalı və təbliğ edilməlidir. Bu işdə əsas vasitə insanlarımızı maarifləndirəcək mətbuat sahəsi və nümayəndələridir. Milli düşüncəni zədələyəcək materiallar dərc etməkdənsə, davamlı şəkildə şəhidlərimiz araşdırılmalı, döyüş yoldaşlarından, ailəsindən reportajlar hazırlanmalıdır. Uluyol.info olaraq bu yönümdə planlarımız və yerinə yetirdiklərimiz var. “Şəhidlərimizi hər gün anaq” layihəsində onlarla yazı dərc olunub. Bu gündən “Şəhidimdən danış” layihəsinə başlayırıq. İlk müsahibimiz Aprel döyüşlərinin iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin mina axtaranı, hazırda ehtiyatda olan hərbi qulluqçu Sadıqlı İmrandır. Müsahibimlə 29 iyulda açılışı olacaq Şəhid Elimdar Səfərovun xatirəsinə salınmış parkda görüşdük.
Elə ilk olaraq, burdan Şəhidlər Parkından başlayaq. Bu kimi layihələri necə qiymətləndirirsiz?
– Belə deyək də, biz hərbiçilər daha çox müharibə ilə yaşayırıq. Hər an həyəcan siqnalı verilər və qısa vaxtdan sonra artıq müharibənin içindəyik. Elə buna görə də biz görəndəki şəhidlər belə sayqı ilə anılır, adlarına küçələr, parklar salınır bütün bunlar insana psixoloji güc verir. Müsbət qarşılayıram, insan mənəvi qidalanır belə yerlərdən.
Hər hansı sahədə kadr dəyişikliyi həmin sahədə inkişafın, tərəqqinin olmasına hesablanır. Təcrübələr göstərir ki, bu heç də hər zaman belə olmur. Azərbaycan Ordu quruculuğunda dəyişiklik edildi, uzun illər Müdafiə Naziri olmuş Səfər Əbiyev Zakir Həsənovla əvəz edildi. Nə kimi dəyişikliklər oldu?
-Müsbətə doğru onlarla iş görüldü. Mütamadi olaraq əsgərlərin döyüş qabiliyyətləri inkişaf etdirildi, poliqonların sayı çoxaldıldı. Artıq hərbi hissəərdə qidalanma işlərinə xanımlar cəlb edildi. Yeməkləri əsgərlər bişirirddi ki, buda həmişə yaxşı alınmırdı və indi isə qadınların hazırladığı xörəklərlə qidalanır əsgərimiz. Nazir dəyişiləndən sonra sanki əsgər qiymətə mindi, dəyərləndirildi. Hərbi hissələrə təhkim olunmuş avadanlıqlar yeniləndi, yoxlanıldı və s. bu kimi amillər ordunun inkişafına gətirdi. Xalqımızda da general-polkovnik Zakir Həsənova inam böyükdür
– Son Aprel döyüşlərində iştirak etmisiz. Bu döyüşlər uzun illlər donmuş münaqişənin yenidən gündəmə gəlməsində, ordumuz haqqında sual işarətlərinə aydınlıq gəldi və ən əsası olaraq işğal altında olan torpaqlardan geri ala bildik. Aprel döyüşləri nə qədər uzanmalıydı ki, indi işğal altında olan torpaqları tam geri qaytaraq?
-Aprel döyüşləri dünya gündəminə düşdü, erməni işğalçıların ərazilərimizdən çıxması ilə bağlı qətnamələr dünya ictimaiyyətinə çatdırıldı və s. Haqq, ədalətli tərəf biz olduğumuz təqdirdə həmişə ermənilərin təxribatı ilə üzləşirik. Aprel döyüşlərinin dayandırılması danışıqlara inamımızdan oldu. Azərbaycan tərəfi həmişə sülhə tərəfdar olub, ancaq görünən odur ki, Ermənistan tərəfi cığal siyasətindən istifadə edir. İki aya tam torpaqlarımıza sarıla bilərik. Son bir ovuc torpağa qədər 2 ay bəs edər.
Layihəmizin ilk qonağı siz olduz və bu gün Xüsusi Təyinatlı Qüvvələrin giziri Səfərov Elimdar haqqında xatirələrinizi alaq. Bizə bir az “Şəhidimdən danış”.
Картинки по запросу Elimdar seferovun ad gunu
-Elimdar Səfərov haqqında filmdə çəkmək olar, elə qəhrəman oğul idi. Şəhidimizlə uzun illər idi bir yerdə xidmət edirdik, və dəfələrlə birgə əməliyyatlarda iştirak etmişik. O zaman mən Aprel döyüşlərinə qədər olan təsürrütlarımdan başlayım.
Elimdar Səfərov təlim-məşq zamanı bütün normativləri birinci yerinə yetirərdi. İdmançı idi, cüssəli idi. İki-üç nəfərin yapışıb qaldırılmalı olan şeyi tək qaldırardı. Elə gücü vardı. Pekanı ayaq üstündə atırdı. Deməli əməliyatların birində, Füzuli istiqamətində mühasirəyə düşdük. Artıq elə bir vəziyyət yaranmışdı ki, özümüzü vurmağa belə imkanımız yoxdu. Əsr düşmək şansımız çox idi, bu zaman Elimdar silahları yanına yığıb, dayanmadan atəş açmışdı. Pekanı ayaq üstündə ata-ata bizi mühasirədən çıxardı. Bax , belə xatirəm var. Əməliyyatlar zamanı Elimdar sanki kino qəhrəmanı olurdu. Ağlagəlməz, çox peşəkar gedişlərlə düşməni “mat” edirdi. Hər əməliyyatdan sonra bilirdik ki, Elimdar Səfərov təltif olunacaq. Həm Azərbaycan ordusuna yaraşacaq dərəcədə insanlığı, insanlarla rəftarı, həm də döyüş qabiliyyətini çox inkişaf etdirmişdi.
Картинки по запросу elimdar səfərov
Şəhidlərimizin xatırlanmasını, gündəmdə olmağını istəyirik, ancaq bir məsələ var ki, düşməndə bizi izləyir və bəzi informasiyaların yayılması düzgün deyil. Elə isə danışılası mümkün söhbətlərlə davam edək. 2016- ci il Dünya Azərbaycanlılarının soyqırımı gününün səhərisi- Aprel ayı…
-Bəli, biz düşmənə yararlı ola biləcək informasiyalardan qaçmalıyıq. Erməni işğalçı qüvvələri tərəfindən torpaqlarımız işğal olub, yurdumuz viran edilib, insanımız köçkün həyatını yaşayır, əsirlikdə insanımız,  Şəhidlərimiz və qazilərimiz. Artıq xalqımızında səbri daşıb. İndi bizi təsəvvür edin. Düşmən qarşındadı və növbəti təxribata başlayıblar. Bizdə əmrlə irəlilədik. İlk öndə biz gedirdik. Həmin vaxt bizdə belə bir fikir formalaşmışdı ki, görək kim çox rayon geri qaytarma əməliyyatlarında iştirak edəcək. Ölməmək üçün yox, daha çox xeyirli olmaq üçün savaşırdıq. Şəhidlik məqamının aliliyidə öz yerində. Artıq düşmən tərəfi anlamışdı ki, təxribatları onlara baha başa gələcək. Postu atıb qaçırdılar. Onlar bizim kimi deyil ki, bilə ki, namus-torpaq üçün postda dayanır. Onlar özgə torpaqlarında xidmət edir və əldə elədiyimiz kəşfiyat xarakterli bilgilərdən biri də Ermənistanda hərbi qulluqçülar bir növ müəyyən vaxt gələndə “zindana” yola salınır. Artıq irəlidədikcə keçirdiyimiz hissləri danışmağa çətinlik çəkirəm. Bəzi şeylər var insanın ömrünün sonuna qədər hər gün xatırlanacaq şey olar , amma ifadə edib çatdıra bilmərsən. Bax, elə vəziyyətdəyəm. İlk postu alandan alandan sonra artıq yaxınlıqdakı kəndlərdən sakinlərin iri maşınlarla qaçdığını görürdük.
Həmin vaxtı əliyalın insan rast gəldimi?
-Bəli, ilk postdan sonra yaxınlıqda kı, kəndlərdən insanlar qaçmağa başlamışdı. Biz kəndin içərilərinə girdikcə çox az adam qalmışdı. Əliyalın deyəndə gəlin bir şeyi dəqiqləşdirək ki, orada yaşayanın əlində silahın olub-olmaması əhəmiyyətsizdir və işğalçıdır. Orada yaşayanlar başqalarının ata-baba ocağında, xatirlərini dağıdanlardı. Amma bizim xalqın böyüklüyü, aliliyidə onun mərhəmətliliyin qarşısında misal çəkəcəyimiz ölkənin olmamasıdır. Heç vaxt əliyalın adama qarşı silah işlətmədik.
Ermənistan mediyası könüllülərdən, evlərində silah olanlarında müqavimət göstərdiklərini yazırdı.
-İki avtobusla könüllülük olmur. O zaman Azərbaycanda iki günə bir ayın həqiqi çağırışından çox müraciət olunub ki, bizə köməyə gəlsinlər.Bunu hara yazaq?! Sadəcə erməni tərəfinin belə xəbərləri tirajlamaqla məqsədi xalqda psixoloji durumu nizamlamaq istəyirdilər. Kəndlərin boşalmasını görürdülər və buda ziyanlarına idi.
Silahlı müqavimətə gəlincə, orada evlərində ov tüfənglər olanlar var. Əgər onlar silahdan istifadə edibsə, oda qaçarkən yanlarında götürmələri olub, qaçarkən güllə ata-ata gediblər. Gülməli danışırlardə, bir saatın içində kənddə adam qalmamışdı, hamısı qaçmışdı.
Aprel döyüşlərindəki zəfərimizdə Elimdar Səfərovun rolu…
-Bayaq qeyd etdiyim kimi, Elimdar sanki film qəhrəmanı olurdu əməliyatlarda. İndi təsəvvür edin, əmr verilib ki, düşmənin təxribatı susdurulsun. Düşmən içərilərinə irələyən ilk dəstənin iştirakçı kimi indi Elimdarı təsəvvür etməyə çalışın. Uzun illər kəşfiyyat bilikləri, bu yerlərə yaxşı tanış olmağı və s. bu kimi amillər onu cuşa gətirmişdi. Sevinclə irəllləyirdik, indi oturub fikirləşəndə həqiqətən adama kino kimi gəlir.Postu almağımız göz qırpınında oldu. Həm dəstə püxtələşmişdi, həm də qisas eşqi var idi uşaqlarda. İlk dəstəmiz 30-35 nəfərlik dəstə idi və bu dəstə artıq yetəri qədər qorxu yaratmışdı düşmən tərəfində. Elimdar isə həmişəki kimi pekası əlində irəlləyirdi. Ermənilərin silah-sursat maşınına pusqu quruldu, Elimdar silahlara cavabdeh olanı vurdu. Digəri isə rabitəyə keçmək istəyərkən cəhənnəmə vasil elədik. Bu gün Azərbaycan ordusunun nəzərətinə keçmiş ərazilərin geri qaytarılmasında Elimdar Səfərov bir-başa iştirak etmişdir və şəhidliyi müqabilində o torpaqlar bizdədi. Digər yoldaşlarımızda-Novruzov Ravil köməyə gəlmişdi. Talış kənddə ilk şəhidimiz Qarayev Dilsuz oldu. Elimdar Səfərovda Talış kəndində şəhid oldu. Erməni snayperi onu başından vurmuşdu. Elə mövqedə idik ki, gediş -gəliş qəlizləşmişdi. Elimdar bir gün yaralı qaldı. Qucağımızda canını tapşırdı. Çox keçmədi ki, Elimdarı vuran snayperin atıcısını cəhənnəmə vasil elədik. Orada döyüşən dostlarımız haqqında günlərlə danışmaq olar. Eləcədə mayor Samit İmanov və başqaları haqqında. Bu gün əhəmiyyətli yüksəkliklərin alınmasına Elimdarın əziyyəti çox olmuşdur. 10-dan çox işğalçını məhv eləmişdi.
Aprel döyüşləri ölkəmizdə nəyi dəyişdi?
-Ən əsası torpağa, vətənə məhəbbətdə yatmış hislərin oyanışını hiss elədik. Şəhidlərimiz alqışlarla dəfn edilir, yaylım atəşləri açılırdı. Hər yerdə üç rəngli bayrağımız dalğalanırdı. Könüllü müraciətləri, əsgərlərə yardım etmək istəyən əhali və s. bu kimi faktları toparlayanda Aprel döyüşləri Azərbaycan tarixində misilsiz iz buraxdı. gücümüz ortaya çıxdı, Millətin ruhu təzləndi və o yerlərə qayıdışın elə də gec olmaması sübut edildi.
Ermənilərin növbəti təxribatı baş verdi və bir ailənin iki üzvü həlak oldu. 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı və nənəsi 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı təxribatın qurbanı oldular. Sizin bu hadisəyə baxışınız…
-Hər bir vətəndaş kimi qətiyyətlə pisləyirəm. Bu kimi təxribatlar insanlarımızda qisas hissini gücləndirir. Siyasi idarəetməçiliyi dolaşığa düşən erməni tərəfinin bu kimi təxribatları iqtidarda qalma çabalarıdır. İki yaşlı körpənin canına qıyacaq qədər şərəfini itirmişlərdi. Zəhra balamızın timsalında bütün şəhid və qazilərimizin qisasının alınması uzaqda deyil.
Birdə, xalqımız ordumuza güvənsin, Aprel döyüşlərindən sonra Türkiyədə təlimlər keçirilirdi. Və təlimlərə dünyanın bir çox yerlərindən iştirak edənlər var idi. Ordusuna görə dünya birincilərinin olduğu yarışda elə birinci biz olduq. Bu  heç də sıradan qələbə deyildi. Olduqca patensiallı kadrlarla iştirak edən ölkələrə qalib gələ bildik. Bütün bu təcrübələri yaxın gələcəkdə torpaqlarımızın geri qaytarılmasında istifadə edəcik, inşaallah.
Şəhid Elimdar Səfərov adına salınan Şəhidlər Parkının açılışına sayılı günlər qaldı…
Biz Xalq olaraq necə ki, şəhid dəfnlərini, mərasimlərini izdihamlı elədik, eləcədə bu kimi layihələrdə də yaxından iştirak etməliyik. Elimdar kimi qəhrəmanlarımızı unutmaq olmaz. Biz bu gün borcluyuq ki, Azərbaycanın hansı rayonunda, kəndində yaşamağımızdan aslı olmayaraq 29 iyul saat 16:00-da Neftçala rayonu Aşağı Qaramanlı kəndində parkın açılışda iştirak edək. Bu bizim şəhidimizə borcumuzdur.Sizin vasitənizlə Xalqıma çağırış edirəm, gəlin 29 iyulda bir olduğumuzu göstərək.
P.S. Şəhid Elimdar Səfərovun adını daşıyacaq parkın açılışına iki qaldı. Parkda son tamamlanma işləri aparılır. Xatırladaq ki, Neftçala rayonu Aşağı Qaramanlı kəndində salınan park Respublika üzrə ilk təşəbüsdür. Burada Parka özəllik qatan Neftçalanın bütün şəhidlərinin şəkilləri və informasiya ilə daş üzərinə həkk olunmasıdır. Ümid edək ki, bu ənənə halını alacaq və bütün rayonlarımızda belə Parklar salınacaq.
Gəlin, Aminə ananın Elimdardan başqa bütün xalqın anası olduğu sübut edək.
Картинки по запросу elimdar səfərov
Saday Fərəcov, uluyol.info

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button