Güləşçilərə verməyə pul tapa bilməyən vitse-prezidentin oğlunun lüks həyatı (FOTOLAR)

Bir neçə gündür Azərbaycan Güləş Federasiyası ilə milli komandanın güləşçiləri arasında baş verən maaş qalmaqalı gündəmi zəbt edib.
Güləşçilərin mətbuata səs-küylü açıqlamasından sonra Federasiya adından milli komandanın baş məşqşisi açıqlama yayaraq güləşçiləri demək olar ki, xəyanətlə günahlandırdı.
AzToday.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bu gün Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovun oğlu Elşən Cəfərovun bahalı avtomobillərinin, lüks həyatının fotoları yayılıb.
Təqdim edəcəyimiz fotolardan da göründüyü kimi yeniyetmə Cəfərovun bir-iki günlük xərci güləçilərə verilən maaşdan az deyil.
Qeyd edək ki, fotolardakı “333” nömrəli avtomobil AGF-nin Vitse-prezidenti Elçin Cəfərovun, “777” nömrəli nəhəng avtomobil isə yeniyetmə oğluna məxsusdur.