İqtisadiyyat
Telman İsmayılovun daha bir şirkəti müflis elan edildi

Moskva Arbitraj Məhkəməsi “Rusline 2000” MMC-ni müflis elan edib.
Rusiya mətbuatı xəbər verir ki, adıçəkilən şirkət Azərbaycan əsilli iş adamı Telman İsmayılovun təsis etdiyi AST şirkətlər qrupuna daxildir.
Qeyd edək ki, “Rusline 2000” MMC-nin “BM-Bank” qarşısında 17,2 mlrd. rubl məbləğində borc öhdəliyi olub.