Siyasət

Əfqanıstanın Azərbaycandakı səfiri: “Qarabağ Azərbaycandır!”

Əfqanıstan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AzToday.az-ın məlumatəna görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycanda yaşayan əfqanlar adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını torpaqların azad edilməsi, müharibənin zəfərlə başa çatması münasibətilə ürəkdən təbrik edirəm. Nəhayət Azərbaycan xalqı 28 illik erməni işğalından sonra öz ata-baba torpaqlarını azad etdi.

Uca Allaha dua edirəm ki, torpaqların işğaldan azad edilməsi üçün canlarından keçən şəhidlər cənnətlə müjdələnsinlər.

Gözəl, firavan və məhsuldar torpağınızda bundan sonra sülh və rifah hökm sürsün. Əfqanıstan və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq daha da güclənsin.

Qarabağ Azərbaycandır!”

Bənzər yazılar

Back to top button