Bizim seçimGündəmManşet

Prezident sürüşmə zonası ilə bağlı tapşırıq verdi

“Prezident İlham Əlivevin tapşırığı ilə Baş Nazir və başqa müvafiq qurumların rəhbərləri Bibiheybətdəki sürüşmə zonasında baxış keçiriblər”.

AzToday.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat yayıb.

O bildirib ki, artıq müvafiq qurumlara zəruri ilkin tapşırıqlar verilib:

“Təxirəsalınmaz tədbirlərin görülməsi və gələcəkdə bir daha təkrarlanmaması üçün prosesə ciddi xarici və yerli mütəxəssislər cəlb edilib. Mütəxəssislərin vəziyyəti dərindən təhlilindən sonra qısa müddət ərzində bərpanın hansı istiqamətdə aparılacağı haqda qərar qəbul ediləcək”.

Bənzər yazılar

Back to top button