Hadisə

DİN-dən qovulan Aydın Zalov məhkəmə qarşısında

Narkotiklərin qanunsuz dövriyyəsinə görə polis orqanlarından xaric edilən Zalov Aydın Camal oğlu Xətai rayonunda yerləşən qeyri yaşayış sahəsi ilə bağlı Bakı İnzibati məhkəməsinə şikayət edib.

AzToday.az-ın “Yeni Sabah”a istinadən məlumatına görə, məhkəmə prosesinin hazırlıq iclası hakim Pərviz Hüseynovun sədrliyi ilə keçiriləcək. Məhkəmə prosesində cavabdeh qismində Əmlak Məsələləri Dövlət Komitəsi tanınıb.

Qeyd edək ki, Nizami rayon Polis İdarəsinin Narkomaniya və narkobiznesə qarşı mübarizə şöbəsinin baş əməliyyat müvəkklili Aydın Zalov vətəndaşların şikayətləri əsasında 2008-ci ilin sentyabr ayında həbs olunub. Vətəndaşların şikayətləri əsasında saxlanılan Zalovun xidməti otağından 16 qram heroin aşkarlanıb. Həmin şöbənin rəisi Zülfüqar Məmmədov isə bu hadisədən sonra aşağı vəzifəyə keçirilib. Həmin vaxt Zalov daxili işlər orqanlarından çıxarılıb və barəsində prokurorluqda cinayət işi açılıb.

Bənzər yazılar

Back to top button