GündəmSiyasət

“Xocalı soyqırımını törədənlər Rusiya üçün də cinayətkardır” – Maksim Şevçenko

“Xocalı faciəsi hərbi cinayətdir. Hesab edirəm ki, Xocalı faciəsini törətməkdə əli olanların hamısı axtarıb tapılmalı, məhkəməyə verilməlidir”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında rusiyalı tanınmış jurnalist, ictimai xadim Maksim Şevçenko bildirib.

“Ümid edirəm ki, Azərbaycan Baş Prokurorluğu bu cinayət işini heç vaxt bağlamayacaq. Xocalı Holokost kimidir. Xocalıda sırf başqa millətdən olduğuna, başqa dildə danışdığına və başqa dinə sitayiş etdiyinə görə insanların kütləvi şəkildə öldürülməsi təşkil olunub. Ona görə də bu, soyqırımıdır. Xocalını törədənlər təkcə Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün cinayətkar hesab olunmalıdır. Xocalı faciəsi bizim, rus insanının qəlbindədir. Xocalını təşkil edən qatillər isə Azərbaycan kimi Rusiya üçün də cinayətkardır. Onlar cəzalandırılmalı və ifşa edilməlidir. Bilin ki, bizim mövqeyimiz belədir və biz bu mövqeyi hər zaman dəstəkləyəcəyik”, – seyə Şevçenko vurğulayıb.

Bənzər yazılar

Back to top button