Dünya

Kişilər 4 ay müddətinə atalıq məzuniyyətinə göndəriləcək

Dünyada ilk dəfə Türkiyədə qadınlarla birgə kişilər də 4 aylıq doğum məzuniyyətinə buraxılacaq.

Qaynarinfo xəbər verir ki, bu təşəbbüsü Vodafone şirkəti reallaşdıracaq. Şirkət bu addımı yeni valideyn olan işçilərə uşaqları ilə daha çox vaxt keçirmələri üçün atır. Layihə daha sonra şirkətin Afrika, Yaxın Şərq, Avropa və ABŞ da daxil olmaqla 24 ölkədəki şöbələrində də tətbiq olunacaq.

Həmçinin məzuniyyətdən qayıdan Vodafone işçiləri sonrakı 6 ay ərzində də həftədə 4 gün çalışmaqla tam məvacib alacaqlar.

Bənzər yazılar

Back to top button