Digər

“Kənardan Azərbaycan həqiqətləri daha aydın görünür”

Müsavat Partiyasının mühacirətdə olan üzvü, Şəhriyar Şəmsəddinov AzToday.az-ın suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

Uzaq xaricdən Azərbaycan necə görünür? Mühacirətdəki çətinlikləriniz nədir?

– Qurbətdə yaşamaq hər bir insan ağırdır. Vətən həsrəti insanı çox narahat edir. Həmşinin Azərbaycanda baş verən proseslər, addımbaşı insan huquqlarının pozulması ürəkağrıdır. Xaricdə yaşamaöa məcbur qalsaq da millətin və xalqın taleyinə biganə qalmaq olmur. Buradan Azərbaycanda baş verən proseslər daha aydın görünür. Avtoritar rejim ictimai – siyasi vəziyyəti yaxşılaşdırmaq, siyasi və iqtisadi islahatlar aparmaq əvəzinə, aqresiv davranışı ilə ölkəni fəlakətə sürükləyir. Azərbaycanda elə bir sahə yoxdur ki, orda inkişaf meylləri olsun. İnsanlar minimum ehtiyaclarını belə təmin edə bilmirlər. Azərbaycan sivil dünya dəyərlərindən çox uzaqdır. Təsadüfi deyil ki, Azərbaycan siyasi məhbuslarının sayına görə dünyanın lider ölkəsidir. Bütün sahələrdə insan hüuquqları kobudcasına pozulur. Sanki Şimali Koreya modeli Azərbaycanda tətbiq olunub. Gələn xəbərlərdən məlum olur ki, artıq qadınların da qul bazarı yaranıb. Bu çox üzücü xəbərdir. Korrupsiya və rüşvətxorlugun səviyyəsi ildən-ilə artır. Korrupsiya idarəetmə vasitəsinə çevrilib. İnsanlar ancaq qorxu altinda yaşayır və hakimiyyət qorxunu idarəetmə mexanizminə çevirib. Təhsil və səhiyyə sistemindən danışmağa dəyməz. Ən çox korrupsiya bu sahələrdədir. Avtoritar hakimiyyətlərə təhsil lazim deyil. Əhali İran səhiyyəsini ümidinə qalıb. Gəmc nəsil işsizlik üzündən ogurluğa və narkomaniyaya meylini salıb. Cinayətlərin statistikasında da bunu görmək olar…

– Rəsmilər isə hər şeyin əksinə olduğunu, Cənubi Qafqazda lider ölkə olduğunu iddia edir…

Azərbaycan hakimiyyəti imitasiya ilə məşğuldur. Hakimiyyətin nəzarətində olan media qurumları saxta görüntü yaradır. Özləri belə danışdığı yalanlara inanmır. Sıravi insanlar da ölkədə vəziyyətin necə olduğunu yaxşı bilir. Hər şey görüntü xatirinə edilir. Kosmetik dəyişikliklərlə ölkənin inkişaf etdiyi görünütüsünu yaratmaqla məşğuldurlar. Vətəndaşlara müasir parklardan əvvəl gündəlik təlabatını ödəyəcək iş yerləri lazimdir. Artıq neftin dünya bazarında ucuzlaşması ilə Azərbaycan iqtisadiyyatında kəskin geriləmələr müşahidə edilir. İqtisadi böhran bütün sferalarda özünü göstərməkdədir. Bütün bunların fonunda avtoritar rejim inkişafdan dəm vurur.  Ölkədə iqtisadi təşəbbüslər boğulur. Kiçik və orta sahibkarlar böyük təzyiq altında fəaliyyət göstrməyə məcbur qalırlar. Son illər azərbaycandan xaricə böyük kapital axnı da bu səbəbdəndir. Müxalif düşüncəli insanlar bütün dövlət strukturları tərəfindən təzyiqlərə məruz qalır.  Vergi, pensiya fondu, əmək müfəttişliyi, ekologiya kimi qurumlar təzyiq alətinə çevrilib.

– Yaxın prespektivdə çıxış yolu görünürmü?

– Avtoritar rejimlərin ömrü uzun ola bilməz. Əlbəttə belə hakimiyyətlərin də sonu olacaq. Hakimiyyət represiyyalarla ancaq və nacaq sonunu yaxınlaşdırır. Qorxu altında insanları üzun müddət idarə etmək mümkün olmayacaq. Beynəlxalq aləm Azərbaycanda baş verən prosesləri izləyir və hakimiyyətin mahiyyətini artıq yaxşı bilirlər.  Sivil dünya Azərbaycanı demokratiyanın boğuldugu və azad fikirin məhdulaşdırıldığı bir ölkə tanıyır. Ərəb ölkələrində baş verən sosial naraziliqlardan ibrət götürməlidirlər. Avtoritar və bütün dünya üçün təhdid mənbəyinə çevrilən Rusiya ilə yaxınlaşmaq hakimiyyəti xilas etməyəcək. Rusiya ilə münasibətlər çox süni görünür. Belə ki, Rusiya istədiyi hər şeyi hakimiyyətdən alır və dövlətlər arası münasibətlərdə Azərbaycana hörmət etmir. Odur ki, Azərbaycan sivil dünya ilə münasibətləri yaxşılaşdırmalı v sağlam əlaqələr qurmalıdır. Başqa çıxış yolu görmürəm. Əks təqdirdə Azərbaycanın taleyi sual altında qalacaq…

Elnur Məsimov

Bənzər yazılar

Back to top button