Dünya

Putinin bu fotosu ilə dünya gündəminə düşdü (FOTO)

Rusiya prezidenti Vladimir Putinin Kremldəki kabinetində çəkdirdiyi fotodan onun kiberhücum təhlükəsi olan köhnə Windows XP sistemindən istifadə etdiyi məlum olub.

Qaynarinfo xəbər verir ki, fotonu Kremlin mətbuat xidməti paylaşıb. Rusiyanın müstəqil İnternet Mühafizə Dərnəyi də faktı təsdiqləyib. Nüfuzlu “Guardian” qəzeti isə məlumatı bu cür təqdim edib: “Rusiyalı hakerlər dünyanın bir çox yerində kiberhücumlar təşkil etməkdə ittiham edilərkən, görünür kimlərsə Putinə kibertəhlükəsizliyin vacibliyini xatırlatmağı unudub”.

Qeyd edək ki, Windows XP Rusiyanın yaşıl işıq yandırdığı sonuncu Windows əməliyyat sistemidir.

Müxalifətə yaxın olan Open Media adlı saytın Rusiya Müdafiə Nazirliyindəki mənbələrinə istinadən yazdığına görə, hazırkı qanunvericilik Kremlin yeni əməliyyat sistemlərinə keçməsinə icazə vermir. Sadəcə dövlət sirri olmayan kompüterlərdə Microsoft-un sonuncu Windows 10 əməliyyat sistemindən istifadəyə icazə verilir. Moskva mərhələli olaraq dövlətə aid kompüterlərdən Microsoft və Google-u silir. Bunun əvəzinə isə Rusiyanın Astra Linux sistemi və Yandex kimi yerli axtarış sistemləri yazılır.

Keçmiş KQB agenti olan Putinin internetdən çox istifadə etmədiyi məlumdur. Kreml rəhbəri daha öncə də interneti “CİA layihəsi” adlandırmışdı. İnternetin sələfi olan Arpanet 1969-cu ildə ABŞ Müdafiə Nazirliyi tərəfindən yaradılıb.

Rusiya son illərdə internet texnologiyaları üzərində nəzarəti artırır. Kreml yaxın zamanlarda rus tətbiqi olmayan smartfonların satışını qadağan etmiş, Putin də fevralda Moskvaya ölkənin beynəlxalq internet şəbəkəsi ilə əlaqəsini kəsmək səlahiyyəti verən qanun layihəsini təsdiqləmişdi.

Bənzər yazılar

Back to top button