Cəmiyyət

Yuxarı sinif şagirdlərinin davamiyyəti niyə aşağıdır? (VİDEO)

Son illər “əlavə ödəniş etməklə müəllim yanına getmədən uğur əldə etmək olmaz” fikri valideynlər arasında daha çox yayılıb. Hətta vəziyyət o yerdədir ki, bəzi şagirdlər il ərzində bir neçə dəfə məktəbə gedir. Qalan vaxtlarını isə yalnız repititor yanında keçirir.

Mələsə ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.

Sorğu apardığımız zaman bəlli oldu ki, adətən şagirdlər dərsdən müxtəlif bəhanələrlə yayınır.

Şagird: “Xəstə olduqlarını deyib dərsə gəlmirlər”.

Şagird: “Bakıya gedib, ya xəstədir deyilir”.

Bəzi valideynlər bir az da irəli gedərək müəyyən günlər övladını məktəbə göndərmir. Həmçinin övladını kənd məktəblərindən çıxardaraq şəhər məktəblərinə gətirir.

Sevil Nağıyeva – Pedaqoq: “Məktəbdə verilən bilik önəmlidir. Yalnız bundan sonra əlavə kurslarda bu biliyi möhkəmləndirmək olar”.

Məsələni araşdırmaq üçün hazırlıq kurslarına üz tutduq. Müshaibimiz Mərhəmət Ağayev bildirdi ki, özəl kurslarda şagirdlərin dərsən yayınmasına şərait yaradılmır. Vaxt təyin olunarkən dərs saatları nəzərə alınır.

Mərhəmət Ağayev – Pedaqoq: “Bilirik ki, kənd yerlərində əsas məşğuliyyət sahələrindən biri maldarlıq və əkinçilikdir. Valideynlər əlavə işçi qüvvəsi kimi öz övladlarından istifadə edirlər”.

Quba Rayon Təhsil Şöbəsindən məsələ ilə bağlı bildirdilər ki, rayon ərazisində davamiyyətdə ciddi problem yoxdur. Qeyd olunan halların qarşısını almaq üçün mütamadi tədbirlər görülür.

Pərviz Nurməhəmmədov – Quba RTŞ-nin əməkdaşı: “Məktəb direktoru tərəfindən gündəlik olaraq davamiyyət yoxlanılır. Yuxarı sinif şagirdlərinin davamiyyətinə xüsusi nəzarət edilir”.

Hər halda bəzi şagirdlər məktəbi yox hazırlıq kursunu seçirsə bu səbəbsiz deyil. Ümid edirik ki, sadalanan problemlər daha ciddi nəzarətə götürüləcək və şagirdlərin məktəbdən yayınma hallarının qarşısı tamamilə alınacaq.

Bənzər yazılar

Back to top button