DigərGündəmHadisə

Hakimlər məhkəmədə Akif Çovdarovu təbrik etdi: “İmkan verirlər ki…”

Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarovun 65 yaşı tamam olub.

AzToday.Az qafqazinfo-ya istinadən xəbər verir ki, general yubileyini məhkəmə zalında qeyd edib. Bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə dəstənin məhkəməsi keçirilib.

Vəkillərin müdafiə çıxışı etdiyi iclas başlayarkən hakimlər kollegiyası Akif Çovdarovu yubileyi münasibəti ilə təbrik ediblər. General isə təşəkkür edərək “nə ad günü? İki ildir imkan verirlər ki, ad günümü keçirəm?” deyərək reaksiya verib.

Sonra proses davam etdirilib.

Qeyd edək ki, dövlət ittihamçısı A.Çovdarovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bənzər yazılar

Back to top button