Dünya

Ermənistanda “siyasi repressiya” başladı

Paşinyan parlamentdə təmsil olunan müxalifət partiyasının sədrinin son bəyanatlarına görə cəzalandırır

AzToday.az “Aysor.am” saytına istinadən xəbər verir ki, bu gün səhər Ermənistanın Milli Təhlükəsizlik Xidməti ən böyük müxalifət partiyası olan Çiçəklənən Ermənistan”ın sədri Qagik Çarukyanın evində axtarış aparır.

“Çiçəklənən Ermənistan” Partiyasından olan erməni deputat Naira Zöhrabyan, hüquq-mühafizə orqanlarının işçilərinin hərəkətlərini partiyadakı “siyasi repressiya” kimi qiymətləndirdiyini bildirib: “Bugünkü hərəkətlər, ölkədəki vəziyyətlə bağlı açıqlamalarımızın, narahatlığımızın nəticəsidir. Bu, siyasi təqib, polis repressiyasıdır”.

O qeyd edib ki, beynəlxalq təşkilatlara və səfirliklərə hakimiyyətin hərəkətləri barədə məlumat verilib.

Partiyanın digər deputatı Arman Abovyan isə bəyan edib ki, hakimiyyət onları susdurmağa çalışır: “Ancaq biz susmayacağıq. Bugünkü hərəkətlərin siyasi nəticələri olacaq”.

Hikmət Ağayev

AzToday.az

Bənzər yazılar

Back to top button