Dünya

Trampdan Senata Türkiyə xəbərdarlığı

ABŞ prezidenti Donald Trampın Türkiyəyə tətbiq oluanacaq sanksiyaların nəticələri ilə bağlı Senata xəbərdarlıq etdiyi iddia olunur.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın “Daily Beast” yazıb. Məlumata görə, Ağ Ev rəhbərinin göndərdiyi hesabatda Türkiyəyə tətbiq olunacaq sanksiyaların Ankaranı Moskvaya daha da yaxınlaşdıracağı və ABŞ-la Türkiyə arasındakı müdafiə razılaşmalarına zərbə vuracağı qeyd olunub.

Hesabatda həmçinin “Halkbank” mövzusuna da toxunulub. Hazırda “Halkbank”a sanksiya tətbiqi uyğun hesab edilməyib. Bununla yanaşı YPG üzvlərinə asan viza verilməməsinin də vacibliyi vurğulanıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button