İdman

Almeyda “Qarabağ” azarkeşlərini şoka saldı

Qarabağ”ın və millimizin üzvü Riçard Almeyda Azərbaycanı tərk edir.

Sport7.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Qarabağ”la bitən müqaviləsini uzatmayıb. Artıq vətəninə yollanan futbolçu bu barədə Qazaxıstanın “Sports.kz” saytına açıqlamasında bildirib.

Sitat: “Qarabağ”la müqavilənin müddəti bitdi, klubu tərk edirəm. “Astana”ya qayıtmağım mümkün deyil. Çünki biz 3-4 ay bundan əvvəl qarşılıqlı razılaşmayla müqaviləni pozmuşduq. Qazaxıstandan da mənimlə heç kim əlaqə saxlamayıb.

İndi istirahət edirəm, menecerim bəzi klublarla danışıqlar aparır. Yaxın günlərdə qərar verəcəyik”.

Bənzər yazılar

Back to top button