İqtisadiyyat

Türkiyə 10 markaya aid 11 telefonun satışını qadağan etdi

ürkiyə İnformasiya Texnologiyaları və Rabitə Təşkilatı (BTK) aparılan yoxlamalar nəticəsində 10 markaya aid 11 telefon və simsiz cihazın satışını qadağan edib.

Qaynarinfo xəbər verir ki, həmin markaların bazardan yığışdırılmasına qərar verilib. Səbəb isə həmin məhsulların “etibarsız” olması göstərilib.

BTK tərəfindən qadağan edilən qurğular arasında Çin markası “Xiaomi”nin Mi 5S modeli də var.

Qadağan edilən başqa modellər isə aşağıdakılardır:

KAAN – N1
Concord – C5
Quatro – Q11
Mars – MARS PRO-446
BB Mobile – B1280
Baofeng – UV-5R ve BF-888S
Quatro – Q11
SFE – S780
Yanton – T-328PMR
Ritera – M-446

Etibarsız sayılan bu cihazların satışa çıxarılması da qadağan edilib.

Bənzər yazılar

Back to top button