Dünya

Səudiyyədə erkən nikah qadağan edildi

Səudiyyə Ərəbistanında erkən nikahlar qadağan olunub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb. Qanunvericilikdə nikah üçün ən minimum yaş 18 müəyyən edilib.

Ədliyyə naziri Valid əl Samaaninin yerli məhkəmələrə göndərdiyi sənəddə 18 yaşına çatmayanların evlənmək istədikdə xüsusi icazə almalarının lazım olacağı qeyd olunub.

Bu vəziyyətdə məhkəmələr erkən nikahın bir yeniyetmənin həyatına necə təsir edəcəyini müəyyən etmək üçün hər bir tələbi təhlil etməlidirlər.

Qeyd edək ki, oktyabrın 3-də isə Səudiyyə Ərəbistanında qadınların orduda xidmət etmələrinə icazə verilmişdi.

Bənzər yazılar

Back to top button