CəmiyyətHadisə

Yeni icra başçısı “lapatka” götürüb işə başladı (FOTO)

Dekabrın 26-da Hacıqabul Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı-Qazax yolunun Hacıqabul rayon mərkəzi ilə birləşən hissəsində ağacəkmə aksiyası keçirilib.

AzToday.az “Yeni Sabah”a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Hacıqabul Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada ETSN-nin tinglik müəssisələrində yetişdirilən 2000-ə yaxın Eldar şamı ağacı əkilib.

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına nail olmaq, ictimaiyyətin diqqətini yeni yaşıllıqların salınmasına və qorunmasına yönəltməkdir.

Qeyd edək ki, aksiyada yeni icra başçısı Rüstəm Xəlilov da iştirak edib.

R.Xəlilov bu ilin dekabrın 4-də Prezident İlham Əliyevin sərəncamı ilə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Bənzər yazılar

Back to top button