İqtisadiyyat

İran generalının öldürülməsi xəbəri neft qiymətlərini bahalaşdırdı

İraqda İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin öldürülməsi xəbəri fonunda “qara qızıl”ın qiyməti bahalaşıb.

AzToday.az report-a istinadən xəbər verir ki, mart ayında tədarük olacaq “Brent” markalı neft fyuçerslərin qiyməti 2,76% yüksələrək 60,42 dollar/barelə çatıb.

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin fevral ayı üçün fyuçerslərin qiyməti 2,75% qalxaraq 62,82 dollar/barelə bərabər olub.

Bənzər yazılar

Back to top button