Mədəniyyət

Xəstəxanaya yerləşdirilən xalq artistinin həyat yoldaşı ölkə başçısına müraciət ünvanladı

Respublikanın xalq artisti,rejissor, prezident təqaüdçüsü Ağakişi Kazımov insult keçirib.Bu barədə Analoq.az-a respublikanın əməkdar artisti Mehriban Abdullayeva məlumat verib.

Mehriban xanım bildirib ki, son günlər Ağakişi müəllim özünü yaxşı hiss etmirdi. 2019-cu il noyabr ayının 28-də həyətdə gəzərkən qəflətən yıxılıb. Demək olar, o gündən sonra vəziyyəti pisləşib.

Dekabr ayının 13-də təcili tibbi yardımın ilkin müayinəsindən sonra Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən rejissor dekabr ayının 30-da evə buraxılıb.

Qeyd edək ki,yanvar ayının 1-də xalq artistinin vəziyyəti yenidən pisləşəndə Binəqədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Bu gün də orada müalicə alan Ağakişi müəllimin vəziyyəti bir o qədər də yaxşı deyil.

Rejissorun həyat yoldaşı Mehriban xanım saytımız vasitəsi ilə ölkə başçısı cənab İlham Əliyevdən və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevadan Ağakişi müəllimin müalicəsinə yardım etmələrini xahiş edir.

Bənzər yazılar

Back to top button