Dünya

Dünyanın ən gənc qadın Baş nazirindən təklif: “4 günlük iş rejiminə keçək”

Finlandiyanın Baş naziri Sanna Marin maraqlı təkliflə çıxış edib.

Qaynarinfo xəbər verir ki, dünyanın ən gənc qadın Baş naziri hesab olunan hökumət başçısı həftəlik 4 gün və gündəlik 6 saatlıq iş rejiminə keçidin tərəfdarı olduğunu bildirib.

Bu sistemlə insanların sosial həyatlarına ayırdıqları zamanın artacağını bildirən Sanna Marin “Fikrimcə, insanlar mədəni fəaliyyətlərinə, sevdiklərinə və hobbilərinə daha artıq vaxt ayırmağı haqq edir. Bu səbəbdən Finlandiyada iş saatlarını yenidən nizamlamaq önəmlidir” deyib.

Finlandiyanın Təhsil naziri Li Andersson da Baş nazirə dəstək verərək bu layihənin önəmli olduğunu və insanların daha səmərəli fəaliyyətinə müsbət zəmin yaradacağını bildirib.

Bənzər yazılar

Back to top button