Dünya

Britaniya vətəndaşı Moskvada vəhşicəsinə döyüldü

Moskvada İngiltərə vətəndaşına hücum edilib.

Qaynarinfo xəbər verir ki, əcnəbi vətəndaş başından ciddi xəsarət alıb. “Moskva” agentliyinin hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən verdiyi məlumata görə, yanvarın 8-də günortadan sonra xəsarət alan 36 yaşlı britaniyalı həkimlərdən kömək istəyib.

Dediyinə görə, onu naməlum şəxslər döyüb. Eyni zamanda, əcnəbiyə hücumun yerini müəyyənləşdirmək və polis tərəfindən sorğu-sual etmək hələ mümkün olmayıb.

Həkimlər britaniyalıda qapalı kəllə-beyin travması, beyin silkələnməsi, üz qanamaları və göz altında hematoma aşkar edib.

Baş vermiş hadisəylə bağlı araşdırma aparılır.

Bənzər yazılar

Back to top button