Hadisə

İlin ilk Ay tutulması başladı

Bu ilin ilk Ay tutulması başlayıb.

Qaynarinfo xəbər verir ki, təbiət hadisəsi saat 23:11-də maksimuma çatacaq.

Proses yanvarın 11-ə keçən gecə saat 01:12-də bitəcək.

Ay tutulmasını Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Amma prosesi gözlə müşahidə etmək çətin olacaq.

Ay tutulmasını Azərbaycanda da izləmək mümkündür.

Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünəcək.

Qeyd edək ki, 2020-ci ildə 4 Ay tutulması hadisəsinin baş verəcəyi gözlənilir. 2-ci Ay tutulması iyunun 5-dən 6-sına keçən gecə, 3-cüsü iyulun 5-də, sonuncu tutulma isə noyabrın 30-da baş verəcək.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button