İqtisadiyyat

Bakıdan Lvova uçmalı olan təyyarə havaya qalxa bilmədi (FOTO)

Bu gün Bakıdan Ukraynanın Lvov şəhərinə uçmalı olan “Buta Airways” şirkətinə məxsus təyyarə havaya qalxa bilməyib.

AzToday.az “Report”a istinadən xəbər verir ki, “Embraer 190” markalı hava gəmisi Heydər Əliyev Beynəlxalq Hava Limanında uçuş zolağına daxil olduqdan sonra geri qayıtmalı olub.

Uçuşun baş tutmaması texniki səbəblərlə əlaqələndirilib. Sərnişinlərdən əlavə məlumat verilənədək göyərtədə gözləmələri xahiş olunub.

Bənzər yazılar

Back to top button