Dünya

Pompeo: “Süleymani ABŞ səfirliklərinə hücum hazırlamışdı, bilirdik”

ABŞ Dövlət Katibi Maykl Pompeo ABŞ mediasında Dövlət Departamenti səlahiyyətlilərinin İran hərbi komandiri Qasım Süleymaninin Amerika səfirliklərinə ehtimal edilən hücumlarından xəbərsiz olması ilə bağlı iddiaları təkzib edib.

Qaynarinfo xəbər verir ki, o, bunu bazar ertəsi səhər yayımlanan “Fox News”a müsahibəsində deyib.

Amerika diplomatik idarəsinin rəhbəri bildirib ki, bu iddialar “yalan və təhlükəlidir, eləcə də administrasiyanın Birləşmiş Ştatların səfirliklərini qorumaq səylərini pozur”. Pompeo rəhbərliyin təkcə nümayəndəliklərinə məlumat verməyib, həm də onların qorunması və təhlükəsizliyini təmin etmək üçün bir sıra tədbirlər gördüyünü də vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl, CNN Dövlət Departamentindəki mənbələrə istinad edərək bildirmişdi ki, guya Amerika səfirliklərinin təhlükəsizliyini nəzarət edən agentlik səlahiyyətliləri Əl-Quds xüsusi təyinatlı qüvvələrinin komandiri Qasım Suleimaninin ABŞ diplomatik nümayəndəliklərinə hazırladığı iddia edilən hücumlar haqda xəbərdar olmayıb.

Bənzər yazılar

Back to top button