İdman

Məsut Özildən “Arsenal”dakı gələcəyi ilə bağlı açıqlama

“Arsenal”ın futbolçusu Məsut Özil klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

Qol.az “beIN Sports”a istinadən xəbər verir ki, türkəsilli alman yarımmüdafiəçi London təmsilçisindən ayrılmağı düşünmədiyini deyib: “Müqaviləmdən məmnunam. Bu mövsüm və növbəti mövsüm “Arsenal”da oynamağa davam edəcəyəm. Sonra isə nələrin olacağını bilmirəm”.

Qeyd edək ki, Özilin “Arsenal”la müqaviləsi 2021-ci ilin yayı başa çatır.

Bənzər yazılar

Back to top button