Dünya

Zelenski baş nazirin istefasını qəbul etmədi: “Daha bir şans verirəm”

İstefa ərizəsi yazan Ukraynanın Baş naziri Aleksey Qonçaruk məlum səs yazıları ilə qalmaqala baxmayaraq, vəzifəsində qalacaq.

Qaynarinfo xəbər verir ki, bunu Prezident Vladimir Zelenski onunla görüşdə deyiərək istefa ərizəsini imzalamaqdan imtina edərkən deyib.

Prezidentin sözlərinə görə, o, nazirliklərin və dövlət şirkətlərinin əməkhaqqı konsepsiyasının işlənib hazırlanması da daxil olmaqla, vəzifələri yerinə yetirmək üçün Qançarukun başçılıq etdiyi Nazirlər Kabinetinə daha bir şans vermək qərarına gəlib.

“Sizdən istefa məktubu aldım. Son münaqişə vəziyyəti ilə əlaqədar və ya qalmaqalla bağlı… cəmiyyəti narahat edən bəzi şeylərə qərar verərsinizsə, hökumətinizə və sizə daha bir şans verməyə qərar verdim”, – Zelenski qeyd edib.

Qeyd edək ki, dünən Qonçarçuk prezidentə öz istefa ərizəsini təqdim etmişdi.

Bənzər yazılar

Back to top button