Siyasət

Samir İbadov seçki təbliğatına başladı (FOTO)

125 saylı Zəngilan – Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd Samir İbadov fərqli seçki təbliğatı aparmağa başlayıb. Namizədin Seçki Qərargahından verilən məlumata görə, yanvarın 19-dan başlayaraq Samir İbadov və seçki qərargahının üzvləri ev-ev, qapı-qapı gəzərək seçicilərlə görüşüb.

Belə ki, Samir İbadov Sumqayıt şəhərində yerləşən 15- saylı yataqxanada məskunlaşmış Qubadlı və Zəngilandan olan məcburi köçkünlərlə görüşüb. Sakinlərlə birbaşa ünsiyyətdə olaraq, onların problemlərini dinləyib, onları 9 fevralda keçiləcək seçkidə fəal iştirak etməyə səsləyib.

Bənzər yazılar

Back to top button