İdman

“Arsenal”ın ulduzu “Barselona”ya keçməyə razılıq verdi

“Arsenal”ın hücumçusu Pyer-Emerik Aubameyanq tezliklə komandasını dəyişə bilər.

Fanat.Az “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, 31 yaşlı forvard “Barselona”dan təklif alıb. Kataloniya klubu zədə səbəbindən Luis Suaresin xidmətindən məhrum olub. Uruqvaylı futbolçu yalnız bu mövsümün sonunda yaşıl meydanlara qayıda bilər. “Barselona” bu səbəbdən Suaresə əvəzedici axtarır və ən uyğun namizəd Aubameyanq hesab olunur.

Artıq qabonlu forvard “Barselona”ya keçməyə razılıq verib. Amma “Arsenal” onunla yollarını ayırmaq istəmir. Danışıqlar davam edir.

Qeyd edək ki, Aubameyanq “Arsenal”a 2018-ci ilin qışında Dortmund “Borussiya”sından 63.75 milyon avroya transfer olunub. O bu mövsüm oynadığı 26 matçda 16 qol vurub.

Bənzər yazılar

Back to top button