Gündəmİqtisadiyyat

Artur Rasizadə: “Cahangir Hacıyevin cinayətkar fəaliyyəti daha pis vəziyyət yaratdı”

“Dünya iqtisadiyyatında mənfi tendensiyalar Azərbaycanın tədiyyə balansına mənfi təsir edib”

Bunu Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisdə təqdim edən baş nazir Artur Rəsizadə deyib.

Onun sözlərinə görə, sistem əhəmiyyətli “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin əvvəlki rəhbərliyinin cinayətkar fəaliyyəti daha pis vəziyyətin yaranmasına səbəb olub.

“Ölkədə bank sektorunda vəziyyəti qiymətləndirmək üçün prezident İlham Əliyevin sərəncamları ilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası yaradılıb. Bank sektorunda vəziyyət araşdırılıb və ölkənin iqtisadi durumu sabitləşib. Prezident İlham Əliyevin məqsədyönlü və düşünülmüş siyasəti nəticəsində qlobal iqtisadiyyatda mənfi təsirlərin ölkə iqtisadiyyatına mənfi təsirləri minimum səviyyəyə endirilib”, – deyə o bildirib.

Baş nazir qeyd edib ki, ötən il qeyri-neft sektorunda ÜDM artımı 5% təşkil edib: “Ötən il büdcənin sosialyönümlü olması əmək haqları və pensiyaların artırılmasına imkan verib”. (APA)

Bənzər yazılar

Back to top button